Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin
Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın
ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam
etdirilir.
FHN-dən AzerTimes-a bildirilib ki, fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən
ərazidədir.
Qeyd edək ki, yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla
yanaşı, 2 helikopter də cəlb olunub.