Kəmaləddin Heydərov Şəkiyə gedir

Kəmaləddin Heydərov Şəkiyə gedir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 31-də Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Şəki və Qax rayonları sakinləri ilə görüşəcək.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Görüşə gələn vətəndaşların qeydiyyatı avqustun 30-da Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq görüşdə vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə nömrəsi: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az .

Teqlər: