Kəmaləddin Heydərov rəisi işdən çıxartdı

Kəmaləddin Heydərov rəisi işdən çıxartdı

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

AzerTimes-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar İsfəndiyar oğlu Hüseynov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub.

Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Teqlər: