Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 9-da Qobustan şəhərində, nazirliyin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qobustan və Şamaxı rayonlarının sakinlər ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzerTimes-a verilən məlumta görə, əvvəlcə, K.Heydərov xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri ilə görüşən Qobustan və Şamaxı rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşlarla görüşüb.
Görüşə gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.