Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11:00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcək.
AzerTimes xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 18-i Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: +994 (12) 512-01-14, imeyl: info@fhn.gov.az.