Kəmaləddin Heydərov Naxçıvanda müşavirə keçirdi

Kəmaləddin Heydərov Naxçıvanda müşavirə keçirdi

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.

AzerTimes xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev və FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərlərinin iştirak etdiyi müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.

Teqlər: