Azərbaycanın fovqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində müşavirə keçirilib.
FHN-dən AzerTimes-a bildirilib ki, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəisi Vidadi Məmmədov, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov və mərkəzin aidiyyəti vəzifəli şəxslərinin iştirak etdiyi müşavirədə Regional Mərkəzin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.
Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Gəncə Regional Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.