Kəmaləddin Heydərov İsmayıllıda vətəndaşlarla görüşdü

Kəmaləddin Heydərov İsmayıllıda vətəndaşlarla görüşdü

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 5 yanvar 2023-cü il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu keçirib.

FHN-dən AzerTimes-a verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov Mərkəzin həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən İsmayıllı və Ağsu rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Teqlər: