Kəmaləddin Heydərov iclas keçirdi

20 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin
inzibati binasında fövqəladə hallar naziri general-polkovnik
Kəmaləddin Heydərovun rəhbərliyi ilə iclas keçirilib. Nazirliyin
səlahiyyətlərinə aid təhlükəsizliyə nəzarət məsələlərinin
müzakirəsinə həsr olunmuş iclasda FHN-in müvafiq struktur
bölmələrinin rəhbərləri iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, iclasda
çxış edən nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət
istiqamətlərinə uyğun olaraq əhali və ərazilərin təhlükəsizliyinin
təmin edilməsi istiqamətində fəaliyyətindən, xüsusilə ticarət,
xidmət, istehsal sahələrində aidiyyəti üzrə təhlükəsizliyə
nəzarətin təmin edilməsi məsələlərindən danışıb. Bu məqsədlə
aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini
vurğulayan nazir həlli vacib məsələləri qeyd edib.

Sonra Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin
məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Teqlər: