Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.
AzerTimes Qaynarinfo.az istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Məmmədzadə Vüsal Nazim oğlu Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.