Tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə Tibb işləri üzrə rəis müavini təyin edilib.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Vəfa Dadaşova həmçinin vəzifəsindən azad olunan polkovnik Xanım Sofiyevanın əvvəllər rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis əvəzi təyin edilib.
Qeyd edək ki, Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov və Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev vəzifələrindən azad olunublar.