Kəlbəcərə ilk dəfə infotur təşkil edildi – Foto

Kəlbəcərə ilk dəfə infotur təşkil edildi – Foto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edib.

Bu barədə AzerTimes-a qurumdan məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.

İncənət ustalarına Kəlbəcərin təbiəti ilə yerində tanış olmaq, buradakı əsrarəngiz mənzərələri əyani şəkildə görmək imlanı yaradılıb. Onlar həmçinin bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, hazırda təsərrüfat məqsədləri üçün rayon ərazisində gəlmiş yerli sakinlərlə həmsöhbət olublar. Fırça və tişə ustaları təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində çizgilər işləyib, foto-video çəkilişlər aparıblar.

Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastrını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.

Teqlər: