Kəlbəcərdə minaya düşərək həlak olan media işçilərinə şəhid statusu veriləcək

Erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyinin sözçüsü Fazil Talıbov bildirib.

“Həmkarlarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı.


Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır” – deyə Fazil Talıbov qeyd edib.

Teqlər: