Kəlbəcərdə çovğunda itkin düşən zabitimiz (FOTO)

Kəlbəcər istiqamətində çovğuna düşərək azan hərbçilərimizdən 3-ü tapılıb, birinin axtarışı davam etdirilir.

Trend xəbər verir ki, Kəlbəcərdə çovğunda itkin düşən zabitimiz Baş leytenant leytenant Fuad Bağırovdur.

Fuad Bağırovun iki övladı var, bir qız, bir oğlan. Qız övladı 3 ay əvvəl dünyaya gəlib.


Qeyd edək ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Teqlər: