Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat
18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış
məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə
yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun
mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan
atəşə tutub.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, fevralın 15-i saat 01:40 radələrində
Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz
rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərimiz də atəşə tutulub.


Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Teqlər: