Kəlbəcər öz gözəlliyi ilə heyrətləndirir – Malayziya səfiri

Kəlbəcər öz gözəlliyi ilə heyrətləndirir.

Bunu Trend
Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan Malayziya
səfiri Dato Yubazian bin Yusof deyib.

Səfir bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərindəki
bütün şəhərlərdə olub.

O əlavə edib ki, Malayziya ilə Azərbaycan arasında əməkdaşlığın
əsas sahələrindən biri biomüxtəlifliyin inkişafıdır və bir müddət
əvvəl Qızılağac Milli parkında reallaşdırılmış layihə bu sahəyə öz
töhfəsini verib.

Səfir gələcəkdə bu cür layihələrin sayının artacağına ümidvar
olduğunu bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: