Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin
bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı
Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən
Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri
istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı
silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab
tədbirləri görülüb.