Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, mayın 14-ü saat 11:30-da Ermənistan silahlı
qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun
Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən
Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə
etməklə atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Teqlər: