Keçmiş vəkili Trampı məhkəməyə verib

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın sabiq prezidenti Donald Trampla işləmiş hüquqşünas Maykl Koen keçmiş prezidenti məhkəməyə verib.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi bildirib.

Qeyd olunur ki, o, D.Trampı memuarları yazmaqda mane olmaqda və buna görə onu həbsə atdırmaqda ittiham edir.


Hüquqşünas öz iddiasında bildirib ki, sabiq prezident kitabda onun haqqında yer alacaq xoşagəlməz məlumatların yayımlanmaması üçün əngəl olmağa çalışıb. Onun fikrincə, məhz D.Tramp sayəsində məhkəmə o zaman ev həbsində olan Maykl Koeni həbsxanaya köçürməyə qərar verib.

Qeyd edək ki, D.Trampın hüquqşünası işləmiş M.Koen 2018-ci ildə vergidən yayınma, seçkiqabağı kampaniya qaydalarının pozulması, maliyyə təşkilatlarına yanlış məlumatlar təqdim etmə ittihamları ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdi.