Keçmiş şirkət direktoru Ukraynada saxlanılaraq Azərbaycana gətirildi

Xəbər - Samir Əli -Trend:

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan
Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun
ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu
tərəfindən təmin edilmişdir.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Abşeron Rayon
Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi
üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində
işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin
əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq
sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna
dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində
17.11.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış
elan edilmişdir.

N.Kərimov 13.01.2022-ci il tarixdə Ukraynada müəyyən edilərək
saxlanılmışdır.


17.02.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov
Ukraynadan Azərbaycana gətirilmişdir.

Teqlər: