Mərkəzi Seçki Komissiyasının iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
AzerTimes xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, 61 saylı Neftçala, 65 saylı Saatlı, 90 saylı Ağdaş və 122 saylı Xankəndi seçki dairələrində həlledici səs hüquqlu üzvlərin təyin edilməsi təklif olunur.
“44 saylı Sumqayıt-Xızı seçki dairəsinin sədri dünyasını dəyişib. Onun yerinə həlledici səs hüquqlu üzv təyin olunub”, – Qasımov bildirib.
Rövzət Qasımov Azərbaycan Dövlər Aqrar Universitetinin keçmiş rektoru İbrahim Cəfərovun 37 saylı Nizami birinci (Gəncə) dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü semilməsinin təklif olunduğunu bildirib. Qeyd edib ki, İ.Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Kənd təsərrüfatı elmləri doktorudur. Əvvəllər də 37 saylı DSK-da çalışıb və bu sahədə təcrübəsi var.
Məsələ səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən ötən ilin sentyabrında azad olunub.