Keçmiş prezidentin həyətində yanğın baş verdi – Video

Keçmiş prezidentin həyətində yanğın baş verdi – Video

Hazırda ev həbsində olan Moldovanın eks-prezidenti İqor Dodonun evinin həyətyanı sahəsində terras yanıb.

AzerTimes xəbə verir ki, bu barədə İ.Dodon özü Teleqram kanalında məlumat yayıb.

“Bu gecə evimizin arxa həyətində terras yanıb. Yanğının səbəbi bəlli deyil. Bu qəribə hadisənin aydınlığa qovuşması üçün mütəxəssilərin rəyini və çıxardığı nəticəni gözləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, İqor Dodon korrupsiyada, partiyaların qanunsuz maliyyələşməsində, vətənə xəyanətdə şübhəli bilinir və ona qarşı müxtəlif maddələr üzrə ittihamlar irəli sürülüb.

Teqlər: