Keçmiş prezidenti 11 il həbs cəzası gözləyir

Keçmiş prezidenti 11 il həbs cəzası gözləyir

Maldiv məhkəmə keçmiş prezident Abdulla Yamini rüşvətxorluq və çirkli pulların yuyulmasında təqsirli bilib.

AzerTimes xəbər verir ki, bu barədə “Avas” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, keçmiş prezidenti 11 il müddətinə həbs cəzası gözləyir.

Qeyd edək ki, ölkənin keçmiş prezidentinin məhkəməsi 2022-ci ilin yanvarında başlayıb. Yamin Aara adasının satışından əldə edilən pulları şəxsi hesaba yatırmaqda, çirkli pulları yumaqda, həmçinin rüşvətxorluqda ittiham olunan sabiq deputat Yusuf Nayemdən bir milyon dollar rüşvət almaqda ittiham edilir.

Teqlər: