Boliviyanın keçmiş prezidenti Evo Morales avtomobili ilə hərəkətdə olan zaman silahlı şəxslərin hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Moralesin özü sosial şəbəkə səhifəsində məlumat yayıb.
O bildirib ki, avtomobilində 14 dəfə atəş açılıb, sürücüsü başından yaralansa da, özü hər hansı xəsarət almayıb:
“Heyrət içindəyəm, sonda həyatımızı xilas etdik”.
Qeyd edək ki, E.Morales 2006-2019-cu illərdə Boliviyaya rəhbərlik edib.