Peruda ölkənin keçmiş prezidenti Alexandro Toledo 20 il 6 ay həbs cəzasına məhkum edilib.
AzerTimes xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Toledo Cənubi Amerika ölkəsində avtomobil yolunun tikintisinə icazə müqabilində “Odebrecht” şirkətindən 35 milyon dollar rüşvət almaqda ittiham olunub.
Bir il davam edən məhkəmə işində siyasətçi çirkli pulların yuyulması ilə bağlı ittihamları rədd edib.
Xatırladaq ki, Toledo 2001-2006-cı illərdə Perunun prezidenti olub. O, Perunun “Odebrecht” korrupsiya işində əli olan dörd keçmiş prezidentindən biridir. Toledo Kaliforniyanın Menlo Parkdakı evində həbs olunub və 2023-cü ilin yazında siyasətçi vətəninə ekstradisiya üçün ABŞ federal orqanlarına təslim edilib.