Mərkəzi Afrika Respublikasının (MAR) keçmiş prezidenti Fransua Bozize qiyabi olaraq ömürlük həbsə məhkum edilib.
AzerTimes xəbər verir ki, MAR məhkəməsi Bozizeni sui-qəsd və üsyanda təqsirli bilib.
Qeyd edək ki, Bozize dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. O, 2003-2013-cü illər ərzində ölkə rəhbəri olub.