Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.
“Şevrolet Kamaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.
Nəticədə o hadisə yerində vəfat edib.
Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.
Faktla bağlı araşdırma aparılır.