Keçmiş polis əməkdaşı intihar etdi

Keçmiş polis əməkdaşı intihar etdi

Sumqayıt şəhərində sabiq polis serjantı Fuad Ağayev özünü asaraq intihar edib.

AzerTimes xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən parklardan birində qeydə alınıb.

F.Ağayev səhhətində yaranmış problemlərlə bağlı bir müddət əvvəl öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-a açıqlamasında məlumatı təsdiqləyib.

Teqlər: