Keçmiş MTN polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisinin ölüm səbəbini açıqlayıb.

Qurumdan AzerTimes-a verilən məlumatda bildirilir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zaki İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.


Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib”.

Teqlər: