Keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlandı (FOTO)

Masallıda keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik
vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd
sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb. Şəxsi
axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin
aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı
olaraq H.Nuriyevin yaşadığı evə keçirilən baxış zamanı oradan
ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3
kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanaraq
götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Teqlər: