Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil
olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum
olunmuş şəhər sakini Amid Muradov şübhəli şəxs qismində saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda narkotik vasitə
olan heroin və metamfetamin qalıqları olan şüşə qab aşkarlanaraq
maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin də qərarı ilə Amid
Muradov barəsində həbs qətimkan tədbiri seçilib.