Vyanada regional məhkəməsi keçmiş kansler Sebastian Kurtsu korrupsiya iddiaları ilə bağlı yalan bəyannamə verməkdə təqsirli bilərək ona 8 ay müddətinə şərti həbs cəzası verib.
AzerTimes xəbər verir ki, bu barədə “Heute” məlumat yayıb.
Həmçinin Nazirlər Kabinetinin keçmiş rəhbəri Bernhard Bonelli də təqsirli bilinib və ona 6 ay şərti həbs cəzası verilib.
Qeyd edək ki, Kurts 2017-2019 və 2020-2021-ci illərdə Avstriyanın federal kansleri vəzifəsini icra edib.