Keçmiş həyat yoldaşını amansızcasına öldürdü

Keçmiş həyat yoldaşını amansızcasına öldürdü

Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, Öysüzlü kənd sakini 37 yaşlı Ramilə Rüstəmova keçmiş həyat yoldaşı tərəfindən başı kəsilərək qətlə yetirilib. Qətlin baş verdiyi əraziyə Tovuz rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Qətl hadisəsi ilə bağlı danışan DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib:

“Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov saxlanılıb”.

Teqlər: