Keçmiş həbsxana rəisi öldürüldü

Keçmiş həbsxana rəisi öldürüldü

İranın İlam əyalətinin mərkəzi həbsxanasının keçmiş rəisi və məhbuslara qarşı münasibətə görə məşhurlaşan 44 yaşlı Səftər Poladinin cəsədi Samirə çayında aşkar edilib.

AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Hakimiyyət nümayəndələri onun balıq tutmaq üçün çay sahilinə getdiyini və ehtiyatsızlıq ucbatından çaya yıxılaraq boğulduğunu iddia ediblər.

Fəallar isə Səftər Poladinin öldürülərək cəsədinin çaya atıldığını bildiriblər.

Ölüm səbəblərinin dəqiqləşdirilməsi üçün həbsxana rəisinin meyiti Tibbi Ekspertiza İdarəsinə göndərilib.

Teqlər: