“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsində direktorun elmi işlər üzrə müavini vəzifəsinə Hüseynov Xanbaba Meyxoş oğlu təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, o, ötən gündən işə başlayıb.
Xanbaba Hüseynov 1981-1987-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb.
Daha öncə isə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru kimi fəaliyyət göstərib.