Keçmiş diplomat Emin Şaiq İbrahimov saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, o, adam bıçaqlayıb.
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev həmin paylaşıma rəy bildirib.
“Belə bir hadisə baş verib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır” , – E.Hacıyev qeyd edib.