Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə ötən il 212 min şəxsə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) və bununla da elektron qaydada fərdi hesab açılıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, 2020-ci ilin yanvar ayında fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyata alınmasına xidmət edir. İlk dəfə əmək müqaviləsi ilə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydiyyatdan keçdiyi andan işçiyə avtomatik şəraitdə SSN də açılır. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.


Beləliklə, işçi sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Teqlər: