Keçən il 10 yeni körpü tikilərək istifadəyə verilib

Xəbər - Samir Əli – Trend:

2021-ci il ərzində 10 yeni körpü tikilərək istifadəyə
verilib.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat
konfransında deyib.

O bildirib ki, həmin körpülərdən 4-ü İsmayıllı rayonu
ərazisində, 5 körpü “Zəfər Yolu” üzərində, 1 körpü isə Ağcabədi
rayonu ərazisində inşa edilib.
Bundan başqa, Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6
kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9
nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni
yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin
istifadəsinə verilib.


“Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26
fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci
ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına,
habelə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 17
kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km
təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin
vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə
davam etdirilib”, – deyə o əlavə edib.

Teqlər: