Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi pandemiya səbəbilə yeni qaydalar tətbiq edib.
AzerTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalara əsasən, Kəbənin qarşısına sədd qoyulduğu üçün müsəlmanlar Həcərül-əsvədə və Kəbənin divarlarına toxuna bilməyəcək.