KDP xəbərdarlıq etdi: Azərbaycanda “mübahisəli ərazi”…

KDP xəbərdarlıq etdi: Azərbaycanda “mübahisəli ərazi”…

Azərbaycanın qərb bölgəsində kürdlərlə azərbaycanlılar arasında münaqişəli bölgələrin probleminin həlli ilə bağlı razılığa gəlinməsə, İslam Respublikası dağıldıqdan sonra Nəqədədə faciə yaşanacaq.

AzerTimes xəbər verir ki, bunu İranın Kürdüstan Demokrat Partiyasının baş katibi Xalid Əzizi deyib.

Onun Azərbaycanın tarixi torpağı olan Sulduz (Nəqədə) bölgəsini “münaqişəli və mübahisəli ərazi” adlandırması güneyli fəallar tərəfindən birmənalı qarşılanmayıb.

Fəallar Xalid Əzizinin Sulduzu “münaqişəli və mübahisəli bölgə” kimi qələmə verməsini Azərbaycan torpaqlarına qarşı ərazi iddiası kimi qiymətləndiriblər.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin bir sıra bölgələrində, o cümlədən Sulduz mahalında buraya sonradan köçürülmüş mühacir kürdlər məskunlaşdırılıb. Bu, bir sıra radikal milliyyətçi kürd təşkilatlarının Azərbaycan torpaqlarına ərazi iddialarına səbəb olub.

Rejimə qarşı mübarizədə xalqlar arasında birliyin pozulması məqsədilə Tehran hakimiyyəti həmin iddiaların güclənməsi və təbliğinə zəmin yaradır.

Teqlər: