Gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mövsümi amillərin bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir:
“Bu ilin sonuna baza amillərinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır”.