Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri, hazırda müxalifətdə olan siyasətçi Edqar Kazaryan evinin önündə vəhşicəsinə döyülüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın sabiq deputatı, müxalif siyasətçi Naira Zöhrabyan məlumat yayıb.
O bildirib ki, Kazaryan Erebuni xəstəxanasına yerləşdirilib, başına tikiş qoyulub.
Zöhrabyan Kazaryanın naməlum şəxslər tərəfindən döyüldüyünü qeyd edib.