Kayseridə iğtişaşlar: 67 nəfər saxlanıldı

Kayseridə iğtişaşlar: 67 nəfər saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları azyaşlıya təcavüzlə bağlı Kayseri şəhərində etiraz aksiyalarında iştirak edən 67 nəfəri saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

Nazirin sözlərinə görə, azyaşlı saxlanılan suriyalının qohumu olub, araşdırma başladılıb:

“Əraziyə toplaşan vətəndaşlar qanunsuz addımlar ataraq,insani dəyərlərə uyğun olmayan hərəkətlər nümayiş etdirərək suriyalılara məxsus evlərə, müəssisələrə və avtomobillərə ziyan vurublar. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində bu əməllərə görə 67 nəfər saxlanılıb”.

Qeyd edək ki, Türkiyənin Kayseri şəhərində suriyalı kişi 6 yaşında qıza təcavüz edib.

Teqlər: