Kaxovka SES vuruldu, BMT TŞ iclas keçirəcək

Kaxovka SES vuruldu, BMT TŞ iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının (TŞ) yerli vaxtla saat 16:00-da Kaxovka SES-dəki (Ukrayna) dağıntıları ilə bağlı iclası keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İclas saat 16:00-a təyin edilib”, – deyə bildirilib.

Vəziyyətlə bağlı bir iclasın keçiriləcəyi güman edilir.

Qeyd edək ki, bu gecə ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar.

Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb.

Teqlər: