Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb.
Trend xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər hesablanıb.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən Tbilisinin meri seçilib.
Onun rəqibi – müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.