KATV kabel televiziyası və internet xidməti Bakının Gəncə prospekti ərazisində abunəçilərinə xidməti dayandırıb.
Axar.a xəbər verir ki, ötən gün axşam saatlarından internetin kəsilməsi “texniki nasaslıq” kimi təqdim edilib və qısa müddətdə aradan qaldırılacağı bildirilib. Lakin internetin verilməsi təmin edilməyib.
Bu gün isə şirkətdən qeyd ediblər ki, ərazidə qısaqapanma baş verib və kabellər sıradan çıxıb. KATV əməkdaşları xidmət dayandırılandan yalnız 12 saat sonra problemi aradan qaldırmaq üçün “yanğın yerinə” gəliblər.
Şirkət internetin nə vaxt bərpa olunacağını da bilmir.
Qeyd edək ki, KATV Bakıda kabel və internet xidməti həyata keçirir. Bir aylıq abunə isə 28 manatdan (10 manat kabel televiziyası, 18 manat internet) başlayır. Vaxtaşırı olaraq abunəçilərinin internet sürətindən narazılıq etdiyi əsas provayderlərdən biridir.