Kataloniya muxtar vilayətinin parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsi qərarını dəstəkləyib.
Sənədi qeyri-qanuni hesab edən İspaniya hökuməti Konstitusiya məhkəməsinə müraciət edəcək.
Qanun layihəsinin lehinə Kataloniya parlamentində mütləq əksəriyyətə malik partiyaların nümayəndələri səs verib.
Qeyd edək ki, 2014-cü ildə Kataloniya parlamenti suverenlik barədə bəyannamə qəbul edib, lakin İspaniya Konstitusiya Məhkəməsi bu sənədi qanunsuz elan edib.