“Kiçik və orta biznes: pandemiyada sağ qalmaq” adlı sorğu* zamanı Kaspersky sahibkarların koronavirus məhdudiyyətləri ilə bağlı xərcləri necə yenidən bölüşdürdüyünü, həmçinin onların gələcək üçün planlarını öyrənib. Məlum olub ki, KOB sektorunun əksər sahibkarları büdcədən çıxarılmış xərcləri, məsələn, reklam və personal xərclərini bərpa etməyə hazırdır.
Sorğunun məlumatlarına görə, kiçik şirkətlərin ümumi maliyyə rifahı 2020-ci ilin martından etibarən 66% azalıb. Respondentlərin yarısından çoxu (52%) hesab edir ki, son dövrlər ərzində müşahidə olunan maliyyə çətinlikləri daimi olacaq və biznes hər zaman nəyə xərc qoymaq, nəyə isə qənaət etmək seçimi qarşısında qalacaq. Pandemiya dövründə kiçik şirkətlərin 45%-də kirayə, nəqliyyat və xüsusi texnikanın alışı və təmiri, 42%-də reklam və biznesin inkişafı xərcləri, 37%-də isə əməkdaşların məvacibləri azaldılıb.
Bununla belə kiçik və orta biznesin nümayəndələri gələcək haqqında pozitiv düşünürlər və bunu onların azaldılmış xərcləri bərpa etmək niyyəti sübut edir. Belə ki, sorğuda iştirak edənlərin əksəriyyəti reklam və inkişafa yenidən aktiv şəkildə yatırım etməyi (44%), həmçinin əməkdaşların məvaciblərini artırmağı (42%), İT həllər və avadanlığa yatırım etməyi (müvafiq olaraq 41% və 36%) planlaşdırır. Sahibkarların bir hissəsi həmçinin kirayə, avtomobil alışı və təmiri (20%) xərclərini bərpa etməyin, informasia təhlükəsizliyinə (24%) və hüquqi və sığorta xərclərinə (20%) büdcə ayırmağın hesabını aparır.
“Araşdırma göstərdi ki, sahibkarlar öz gələcək imkanlarını pozitiv qiymətləndirməyə başlayıblar. Bu onların müəyyən xərcləri bərpa etmək istəklərindən aydın şəkildə görünür. Biznesin effektivliyinə birbaşa təsir göstərən aşkar yatırımlarla yanaşı, sahibkarların əsas xərcləri sırasına rəqəmsal inkişafla bağlı bir neçə mövqe də daxildir: avadanlıq, texnologiya və informasiya təhlükəsizliyinə yatırım”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. “Öz tərəfimizdən biz usanmadan xatırladırıq ki, biznesin rəqəmsallaşması sahibkarın özü və əməkdaşları kimi, bu şirkətlərin məhsul və xidmətlərdinən istifadə edən istehlakçılar üçün də təhlükəsiz olmalıdır”.
Kiçik və orta biznes rəqəmsallaşma şəraitində maksimum şəkildə rahat və təhlükəsiz çalışsın deyə Kaspersky biznes sahiblərinə tövsiyə edir:
- xüsusi olaraq hazırlanmış “Kiçik biznes üçün kiber təhlükəsizlik şparqalkası”-da toplanan IT xərclərinin azaldılması, müştərilərlə təhlükəsiz ünsiyyət, frilanserlərlə iş üzrə pulsuz tövsiyələrlə tanış olun;
- əməkdaşlara müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmasınlar, müxtəlif hesablar üçün fərqli və mürəkkəb şifrələr düşünsünlər və onları tez-tez dəyişsinlər;
- sistem administratoruna iş cihazlarının təhlükəsizliyini vahid paneldən idarə etməyə imkan verən xüsusi qoruma həllərindən istifadə edin. Kaspersky Endpoint Security Cloud bu cür həllərdən biridir.
* Kiçik və orta biznes pandemiyada necə sağ qalacaq” sorğusu Kaspersky-nin sifarişi əsasında Arlington Research müstəqil tədqiqat agentliyi tərəfindən 2021-ci ildə dünyanın 22 ölkəsində aparılıb. Sorğuda 250-yə qədər əməkdaşı olan təşkilatlardan 3150 rəhbər şəxs iştirak edib.