Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov rusiyalı bloger Yuri Duduya müsahibəsində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ona etdiyi yaxşılıqları danıb.
AzerTimes xəbər verir ki, bu barədə “Haqqın.az” Kasparovun müsahibələrinə istinadən məlumat yayıb.
Kasparov bildirib ki, Heydər Əliyev onun üçün “demək olar ki, heç nə etməyib”:
“Əliyevin mənim üçün etdiyi yeganə şey Karpovla oynamaq imkanı yaratmasıdır. Vəssalam. Əslində, Əliyevin yeganə köməyi o idi ki, mənə Karpovla oynamaq üçün fiziki imkan verildi”, – Kasparov bildirib.
Qeyd edək ki, bir müddət öncə ukraynalı jurnalist Dmitri Qordona müsahibə verən Kasparov Heydər Əliyevin himayəsindən danışmışdı. O demişdi:
“Heydər Əliyev mənə himayədarlıq edirdi. İlk dəfə o, məni və anamı 1979-cu ildə qəbul etdi, Banya Lukada ilk böyük uğurumu qazandım. Əliyev Bakıdakı erməni-yəhudi qanından olan oğlanın dəstək almasını çox vacib hesab edirdi. Əliyevin 1979-cu ildən 1985-ci ilə qədər etdiyi bütün yardımlar mənə qalxan olub. Çünki sovet sistemi Rusiya çempionunu bakılı metislə dəyişməkdə maraqlı deyildi. 1982-ci ildə Moskvada çıxış etdim. Sonra Belyavski ilə matç oldu, sonra Korçnoyla hekayə, məni diskvalifikasiya etməyə çalışanda. Və yenə də Əliyevin müdaxiləsi kömək etdi…”