Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün
Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan
təbrik edirəm.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin
möhkəmlənməsi, əhalinin sosial-iqtisadi rifahının təmin edilməsi və
beynəlxalq aləmdə nüfuzunun artırılması sahəsində sanballı uğurlara
nail olub.
Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə ürəkdən
sevinir və qarşılıqlı əməkdaşlığın hərtərəfli dərinləşməsinə yüksək
diqqət ayırırlar.
Bununla əlaqədar Sizin Azərbaycana dəvətinizi məmnuniyyətlə
qəbul edirəm.
Əminəm ki, qarşıdakı danışıqların yekunları ikitərəfli
qarşılıqlı fəaliyyətin böyük potensialını tam həcmdə üzə çıxarmağa
və Qazaxıstan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə
çatdırmağa imkan verəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə məsul dövləti fəaliyyətinizdə
yeni-yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram”.